Cümə , Yanvar 3 2025
azfa

İşğalçı fars rejim azərbaycanlıların soyqırımı kitabının təqdimatına mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlıların soyqırımı kitabının təqdimatına mane olub. Güney Azərbaycanın qərb bölgəsində Azərbaycan türklərinin erməni-aysor birləşmələri tərəfindən soyqırıma məruz qalmasından bəhs edən “Müqavimət mifi” kitabının sabah cuma günü yanvar ayının 18-də Təbrizin Kitab bağında təqdimatı keçirilməli idi.

Kitabın müəllifi Səccad Zeynalı öz İstagram səhifəsində məlumat yayaraq, təqdimat mərasiminin ləğv edildiyini xəbər verib.

Müəllif bildirib ki, o nə qədər çalışsa da, açıqlaması mümkün olmayan səbəbə görə, mərasimi keçirmək mümkün olmayacaq. O mərasimin ləğv edilməsi ilə bağlı təəssüfləndiyini bildirib.

Qeyd edək ki, antitürk və Antiazərbaycan fars rejimi azərbaycanlıların soyqırımı ilə bağlı kitabların təqdimat mərasiminə bu şəkildə dəfələrlə maneələr törədib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın