GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim fəzaya göndərdiyi peyk nəzərdə tutulan orbitə çıxa bilməyib.
Bu barədə rejimin Telekommunikasiya İşləri üzrə naziri Məhəmməd Cavad Azəri açıqlama verib. Peykin lazım olan nöqtəyə çatdırıla bilməməsinə səbəb kimi raket daşıyıcısında olan problem göstərilib.
Qeyd edək ki, bundan öncə İran “Payame Əmirkəbir” adlandırdığı peykini kosmosa buraxmağı planlaşdırıb. Yeni peykin kosmosa İranın öz istehsalı olan raket daşıyıcı ilə çatdırılacağı açıqlanıb.