İşğalçı fars rejimin təhlükəsizlik qüvvələri doktor Məhərrəm Kamranini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal və həkim, doktor Məhərrəm Kamranini Güney Azərbaycanın Əhər şəhərində həbs etdi.

Məmurlar fəalı bu gün oktyabr ayının 25-də öz iş kabinetində yaxalayıblıar.

Şahidlərin bildirdiyinə görə azərbaycanlı həkimin komputeri, mobil telefonu və digər əşyaları məmurlar tərəfindən zəbt edilib.

Məmurlar həkimi öz kabinetinə sorğu-suala çəkdikdən sonra onu öz mənzilinə aparıb və 3 saat sorğu-sualdan sonra əlləri və gözü bağlı şəkildə naməlum istiqamətə aparılıb.

Hələlik rejimin azərbaycanlı fəalı nədə ittiham etməsi və nə səbəbə görə fəalı yaxalaması barədə məlumat verilmir. Həmçinin doktor Məhərrəm Kamraninin harada saxlanması barədə də hələlik heç bir məlumat mövcud deyildir.

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …

Bir cavab yazın