GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İŞİD bəyanat yayaraq Qasım Süleymaninin İranın Kirman şəhərində yas mərasimi zamanı olan partlayışların məsuliyyətini üzərinə götürüb.
İraq-Şam İslam Dövləti (İŞİD) qrupu yanvarın 4-ü müvafiq teleqram hesablarının vasitəsi ilə partlayışlar barədə bəyanat yayaraq məsuliyyəi üzərinə götürüb.
Xatırladaq ki, yanvarın 3-ü törədilmiş partlayışlarda azı 84 nəfər ölüb, 300 nəfər isə yaralanıb.