Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ərdəbildə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı qraffit şəklində divarlara həkk edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının bir qrup fəalı dünən, cümə axşamı, ictimai maarifləndirmə və milli tələblərin davamı olaraq Ərdəbil şəhərində divarlara Azərbaycan Milli hərəkatının şüarını həkk ediblər.

Azərbaycanlı fəallar divarları “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə bəzəyiblər.

Divar qrafitləri Ərdəbil şəhərinin ictimai yerlərində, yollarda və küçələrdə divarlara həkk edilib.

Qeyd edək ki, Güney Azərbaycanda “Azadlıq, Ədalət, Milli Hökümət” şüarı son illərdə Azərbaycan Milli Hərəkatının əsas tələbi kimi geniş şəkildə gündəmə gətirilir.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …