İspaniya Kataloniyaya etirazları boğmaq üçün əlavə qüvvələr göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İspaniya Daxili İşlər Nazirliyi (DİN) Kataloniyada başlanmış etiraz aksiyaları ilə əlaqədar xüsusi təyinatlı polis dəstələrinin daha 300-dək əməkdaşını bu gün regiona göndərib.

Polisin və mülki mühafizənin əsas qüvvələri regionun strateji baxımdan mühüm obyektlərinin müdafiəsinə və mühafizəsinə cəlb edilib.

Yeni kontingent İspaniya DİN-in Ali Məhkəmə tərəfindən Kataloniya liderlərinə hökmün çıxarılması ərəfəsində göndərdiyi 800-dək polisə və mülki mühafizəçiyə qoşulacaq.

Çərşənbə günü Kataloniyada regionun müxtəlif şəhərlərindən Barselona istiqamətində yürüşlər başlayıb. Gözlənildiyinə görə, azadlıq marşının iştirakçıları cümə günü muxtar qurumun paytaxtına çatacaqlar. Həmin gün ümumi tətil planlaşdırılıb. Müstəqillik tərəfdarları yolları bağlamaqla, Kataloniyanı təcrid etmək istəyirlər.

Həmçinin yoxlayın

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Axios: Kuşner və Vitkofun təyyarədaşıyan gəmini ziyarət etməsi İrana mesajdır

GADTB: ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral …

Bir cavab yazın