Şənbə , Oktyabr 17 2026
azfa

İsrailə hədə-qorxu gələn molla rejimi Rusiyadan çox sayda silah aldı

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri zamanı İran Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. Moskva artıq onları tədarük etməyə başlayıb. Bu barədə “Nyu York Tayms” öz mənbələrinə istinadla məlumat yayıb.

Güman edilir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbəri İran Prezidenti Məsud Pezeşkian və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bagiri ilə zenit müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edib.

İki İran rəsmisi NYT-yə Rusiyanın artıq radarlar və digər hava hücumundan müdafiə vasitələrini tədarük etməyə başladığını təsdiqləyib.

Bütün bunların İsrailə qarşı planlaşdırılan hücum fonunda həyata keçirildiyi bildirilir.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …