Bazar ertəsi , Noyabr 16 2026
azfa

İsrail İranın zənginləşdirilmiş uranı harada basdırdığını bilir

GADTB: İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib ki, İsrail İranın zənginləşdirilmiş uranının harada saxlandığını bilir.

Onun sözlərinə görə, İsrail bu məlumatı ABŞ ilə bölüşür.

O əlavə edib: “Biz artıq bilirdik ki, İranın gizlətdiyi 450 kiloqram zənginləşdirilmiş uranı məhv edə bilməyəcəyik”.

Netanyahu BMT-nin İslam Respublikasına qarşı sanksiyalarının bərpasını müsbət addım adlandırıb və “Fox News”-a bildirib ki, İrana diplomatik və iqtisadi təzyiqi davam etdirilməlidir:

“Onların mənim ölkəmi və sizin ölkənizi (ABŞ) məhv etmək üçün nüvə bombaları yaratmaq səylərini bərpa etmələrinə heç vaxt dözməyəcəyik”.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …