Şənbə , Sentyabr 19 2026
azfa

Bəhram İbrahimpur Əcəbşir İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə azadlıqdan məhrum edilib

GADTB: Azərbaycan Milli Hərəkatının üzvü Bəhram İbrahimpur Şərqi Azərbaycanda Əcəbşir İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə azadlıqdan məhrum edilib.

Əcəbşir İnqilab Məhkəməsi cənab İbrahimpuru “İran İslam Respublikasının sisteminə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə edib və onu bir il müddətinə azadlıqdan məhrum etdi.

Həmin azərbaycanlı fəala hökmdən xəbər verilmədiyi və nəticədə hökmə etiraz etmədiyi nəzərə alınaraq, ilkin həbs qətimkan tədbiri seçilib, yekunlaşdırılaraq məhkəmənin qərarlarının icrasına göndərilib. Əcəbşirdə rejimin Məhkəməsi azərbaycanlı fəala cəzanın çəkilməsi üçün bildiriş göndərib.

Əcəbşirdə rejimin Ümumi və İnqilab Prokurorluğunun çıxardığı ittiham aktında 500, 639 və 698-ci maddələr üzrə ittihamların yer aldığını nəzərə alaraq, cənab İbrahimpurun digər iki ittihamının araşdırılması başqa məhkəməyə göndərilib.

Əcəbşir Şəhəri Ümumi və İnqilab Prokurorluğunun Birinci Şöbəsinə gələrək ittihamlardan xəbərdar olduqdan sonra cənab İbrahimpur Herqolan məhkəmə prosesinin sonuna qədər 200 milyon tümən girov müqabilində müvəqqəti olaraq azadlığa buraxıldı.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …