Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi türk adına görə 5 ildir azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə  5 ildir azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir.

İranda türk mənşəli Huntay adlı uşağın şəxsiyyətini bildirən sənəd verilmir. Bu barədə onun anası Sevda Fərəczadə sosial media hesabında paylaşım edib. 

Azərbaycanlı xanım bildirib ki, İranın Qeydiyyat İdarəsi 5 ildir ki, Güney Azərbaycanın Culfa şəhərindən olan Huntaya doğum şəhadətnaməsi verməkdən imtina edir. 

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türk dilində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …