Çərşənbə , Aprel 22 2026
azfa

İsrail rəsmiləri İranın nüvə silahı əldə etməməsi üçün zərbə variantlarını düşünür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail komandanlığı əlinə nüvə silahının keçməsinə imkan verməmək üçün İrana mümkün zərbə planlarını sürətləndirir.

Bunu İsrail ordusunun baş qərargah rəisi general-leytenant Aviv Koxavi deyib.

“İranın nüvə proqramının inkişafı ordunu öz operativ planını icra etməyi sürətləndirməyə məcbur edir. Bir müddət öncə təsdiqlənmiş müdafiə büdcəsi bu problemi həll etməyə çağırış edir”, – deyə o bildirib.

Digər tərəfdən isə İranın bölgəsəl fəaliyyətləri və atom proqramında irəliləyişlərindən doğan təhdidlər İsrailin Baş naziri Naftali Bennetin Amerikanın Xarici İşlər və Müdafiə nazirləri ilə görüşündə əsas müzakirə edilən məsələlərdən biri olub.

Blinken ilə görüşündən öncə Amerikanı İsrailin ən güclü və ən etibarlı müttəfiqi adlandıran Bennet bəzi vaxtlar fikir ayrılığının olmasına baxmayaraq, iki ölkənin əməkdaşlığının davam edəcəyini vurğulamışdı.

Pentaqon isə yaydığı bəyanatda Amerikanın Müdafiə vəziri Lloyd Austinin Bennet ilə görüşdə İranın atom proqramından meydana çıxan təhdidlər, eləcə də bu ölkənin terrorizmi dəstəkləməsi və dənizdə həyata keçirdiyi təcavüz faktları barədə fikir mübadiləsi apardığını bildirib.

Austin görüşdə İsrailin bölgədə hərbi üstünlüyünün davam etməsinin lazım olduğunu vurğulayaraq Amerikanın Yaxın Şərqdə sülhün bərqərar olması, habelə İsraillə hərbi əlaqələr və uzun müddətli əməkdaşlığa bağlı qaldığını deyib.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …