Bazar , Oktyabr 18 2026
azfa

İsrailin iki naziri İrana qarşı “B planı” ilə bağlı ABŞ-a gedir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail müdafiə naziri Benni Qantz və MOSSAD rəhbəri David Barnea bu həftə Vaşinqtonda yüksək çinli məmurlarla keçirəcəkləri görüşlərdə ABŞ-ın İran hədəflərinə zərbə endirməsi üçün təkid edəcəklər.

Bu barədə İsrail telekanalları məlumat yayıb.

İddia edilib ki, Qantz və Barnea amerikalı həmkarlarını İrana qarşı “B planı”nın icrasına çağıracaq.

İsrailli rəsmilərin ABŞ-ın İrana qarşı daha sərt sanksiyaların tətbiqinə çalışacaqları da qeyd edilib.

“12-ci kanal”ın məlumatına görə, hədəf kimi İranın nüvə obyekti deyil, Yəməndəki bazası seçilib.

“Bu zərbənin hədəfi İranı Vyana danışıqlarında yumşalmağa məcbur etməkdir. MOSSAD rəhbəri isə İsrailin İranın nüvə proqramına qarşı əməliyyatları haqda məlumat verəcək”, – məlumatda bildirilib.

İddiaya görə, ABŞ İsraili xəbərdar edib ki, zərbələrdən çəkinsin, çünki hər uğursuz zərbə obyektlərin bərpasını gücləndirir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …