Cümə axşamı , Oktyabr 22 2026
azfa

İsrailin Latakiya limanında İrana aid silah yükünü vurdu

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Suriya dövlət telekanalı bu gün, dekabrın 7-də İsrailin Latakiya limanına hava hücumu etdiyini və bu hücumun yanğınla nəticələndiyini, lakin yanğınsöndürənlər tərəfindən alovun nəzarətə alındığını deyib.

Telegram kanalı xəbər verir ki, Suriyanın İsrailə aid etdiyi bu hava hücumu Suriya xarici işlər naziri Feysəl Meqdadın Tehrana iki günlük rəsmi səfəri ilə eyni vaxta təsadüf edib.

Suriya telekanalı İsrailin güman olunan hücumu nəticəsində insan itkisinin olub-olmaması barədə məlumat verməyib, yalnız İsrail ordusunun Latakiya limanında konteynerlərin yerləşdiyi ərazini hədəf aldığını bildirib.

Məlumatın yayılmasından saatlar sonra Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayaraq qeyd edib ki, bu hava hücumunun məqsədi İranın konteynerlərdə yerləşən silah yükünə zərbə endirmək olub.

Sözügedən təşkilatın məlumatına görə, İsrail İranın silah yüklərini “birbaşa” hədəfə alıb və onları məhv edib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …