Bazar , Avqust 30 2026
azfa

Türkiyə PUA-ları Rusiya və ABŞ-ın müdafiə planlarını pozdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin hazırladığı yeni müharibə strategiyası ABŞ və Rusiyanın planlarını alt-üst edib.

 “Bayraktar TB2”lərin Qarabağ, Donbas və Liviya bölgələrindəki nailiyyəti nəticəsində ABŞ və Rusiya hava müdafiə sistemini yeniləmək və ya yeni məhsullarını nümayiş etdirmək üçün addımlar atmağa başlayıb.

ABŞ və Rusiya yeni inkişaf edən silahlı pilotsuz uçuş aparatları texnologiyalarına qarşı müdafiəsiz qalıblar. Rusiya Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larına qarşı müdafiəsiz qaldıqdan sonra “Pantsir” hava hücumundan müdafiə raket və artilleriya sistemini yeniləməyə başlayıb. ABŞ isə Arizona səhralarında PUA-lara qarşı hazırlanmış xüsusi hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirib.

Amerika ordusu tərəfindən kritik problem kimi qəbul edilən silahlı PUA-lar ənənəvi hava hücumundan müdafiə sistemləri ilə dəf edilə bilməz. Rusiyanın Donbas bölgəsində “Bayraktar TB2” PUA-larına qarşı hava sistemlərindən istifadə edilməsi və xərclərin daha da artırılması ABŞ ordusunda müzakirə olunur.

“Ölkələr kompleks, sinxron hücumlar həyata keçirmək üçün PUA-lardan istifadə edə biləcəklərini nümayiş etdirdilər ki, bu da hərbi və mülki obyektlər üçün artan təhlükənin aradan qaldırılmasını getdikcə daha vacib edir” – ABŞ rəsmisi bildirib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə 30 Avqust –Türkiyənin Zəfər Bayramı tədbirində- Video

GADTB: Bu gün 30 Avqust – Türkiyənin Vətən müharibəsində işğalçılara qarşı qazandığı möhtəşəm Zəfər Bayramı …

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …