Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İsveç Azərbaycan Evində mərhum Arif Rəhimoğluna yas törəni keçirildi

GADTB: Dünən İsveçdə Azərbaycan Evində mərhum Arif Rəhimoğluna yas törəni keçirilib. Mərasimdə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) rəhbərliyindən GADTB başqanı sayın Əjdər bəy Tağızadə və GADTB başqan müavini sayın Eldar bəy Qaradağlı həm təşkilatçı və həm iştirakçı kimi qatılıblar.

Qeyd edək ki, Arif bəy Rəhimoğlu Bütöv Azərbaycan və Güney Azərbaycan sevdalısı, Şimali Azərbaycanda Azərbaycan Milli Hərəkatının fəal iştirakçılarından biri və Bütöv Azərbaycan Birliyində (BAB) Elçibəyin ideoloji məsələlər üzrə müavini idi.

Arif bəy Rəhimoğlu həmçinin çox dəyərli alim və tədqiqatçı kimi də Bütöv Azərbaycan ideyasına böyük xidmət göstərmişdir. Çox sayda kitab və məqalənin müəllif olan Arif Rəhimoğlu ömrünün son illərini İsveçdə yaşasa da, Bütöv Azərbaycan ideyasına daim sadiq qalıb və bu yolda fəaliyyətlərinə davam etmişdir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …