Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İtamar Ben-Qvir: İsrail ABŞ-İran razılaşmasına bağlı olmayacaq

GADTB: İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir bazar ertəsi ABŞ və İran arasında Yaxın Şərqdə, o cümlədən Livanda müharibənin dayandırılmasına dair əldə olunduğu bildirilən razılaşmanı tənqid edib və İsrailin bu razılaşmaya bağlı olmayacağını bəyan edib.

Ben-Qvir özünün Telegram kanalında yazıb:

 “Trampın razılaşması bizi öhdəlik altına salmır. Biz bu razılaşmanın tərəfi deyilik. Bu razılaşma bizim təhlükəsizliyimizi təmin etmir.”

Bu açıqlama İsrail rəsmilərindən sözügedən razılaşmaya verilən ilk rəsmi reaksiyalardan biri hesab olunur.

Ben-Qvir əlavə edib:

“Biz Hizbullahın tamamilə ləğv edilməsindən daha az heç nə ilə razılaşmamalıyıq. Ordumuzun nəzarətə götürdüyü və terror infrastrukturundan təmizlədiyi ərazilərin bir qarışını belə tərk etməməliyik.”

İsrailin müdafiə naziri Israel Katz də bazar ertəsi yaydığı bəyanatda bildirib ki, İsrail Livanda nəzarətə götürdüyü ərazilərdən geri çəkilməyəcək.

Kats həmçinin vurğulayıb ki, əgər İran Livandakı hadisələrlə əlaqədar İsrailə qarşı hər hansı hücum həyata keçirərsə, İsrail buna cavab verəcək.

Bu açıqlamalar ABŞ və İran arasında mümkün razılaşma ətrafında gedən müzakirələrin regionda bütün tərəflər tərəfindən eyni şəkildə qarşılanmadığını və təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqlarının davam etdiyini göstərir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …