Çərşənbə , Aprel 22 2026
azfa

Kərəcdə posterlər paylanıldı: Urmu gölü yox olma təhlükəsi ilə üz-üzədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 2-də Güney Azərbaycanın Kərəc şəhərində azərbaycanlı milli fəallar minlərlə poster paylayaraq İran rejiminin Urmiya gölünü qurutmasına və yaranan ekoloji fəlakətə etinasızlığına etirazlarını bildiriblər.

Kərəc şəhərinin mərkəzi küçə və prospektlərində paylanılan posterlərdə Urmiya gölünün şəkli ilə yanaşı, “Urmu gölü susuzdur, millət oyanmasa uduzdu” və “Oyan Azərbaycan” şüarları yazılıb.

Qeyd edək ki, İran rejimi Urmiya gölünə axan çayların qarşısında səd çəkməklə suyun qarşısını alıb və gölü qurudub. Son günlər isə rejimin səbəbkarı olduğu ekoloji fəlakət pik həddə çatıb. Ona görə də Güney Azərbaycanın müxtəlif şəhərlərində milli fəallar müxtəlif aksiyalarla gölün bərpasına diqqət çəkməyə çalışır və gölün qurudulmasına etiraz edirlər.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …