Cümə , Sentyabr 13 2024
azfa

Kermanlıların Süngün misini vəhşicəsinə talaması Şərqi Azərbaycan rəsmilərinin də etirazına səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkəçi siyasətlə kermanlılar vasitəsilə Güney Azərbaycanın Süngün Mis Mədənini talaması Şərqi Azərbaycan vilayətinin rəsmilərinin də etirazına səbəb olub.

Şərqi Azərbaycan İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Davud Behbudi “Fars” xəbər agentliyinə verdiyi müsahibədə qeyd edib ki, Süngün mədənini talan edən İran Milli Mis Şirkəti yalnız kirmanlılara xeyir veirir.

Behbudi qeyd edib ki, əgər  Süngün Mis Mədəninə İran Milli Mis Şirkətinin əvəzinə, digər vilayət və ya ölkədən olan başqa bir şirkət investisiya yatırsaydı, sərmayə yatırılması mərhələləri mis çıxarma, qatılaşdırma, əritmə və istehsal prosesini əhatə edərdi. Bu işlərin hamısını isə həmin şirkətin özü həyata keçirərdi. O bildirib ki, bu istiqamətdə Azərbaycan Mis Şirkətinin müstəqilliyi üçün göstərdikləri səy nəticəsiz qalıb.

Vərziqanın millət vəkili Allahverdi Dehqani isə bildirib ki, Süngün Mis Mədənindən ildə təxminən 300 min ton mis çıxarılır. Ondan isə hər 100 min tondan 90 min ton xalis mis əldə edilir. Mədəndən çıxarılan təbii ehtiyatlardan 1 faizindən əldə edilən gəlir təqribən 180-200 milyard tümən aralığında dəyişir. 6-cı İnkişaf Konsepsiyasına əsasən, əldə edilən gəlir əyalətin özünə qaytarılmalı və burada sərf edilməlidir.

Millət vəkili bildirib ki, Mədənlər üzrə qanunun 14-cü maddəsinə görə, mədəndən dövlətə çatacaq gəlirlərin də 15%-i vilayətdə xərclənməlidir. Dövlətin burada gəlirinin 500 milyard tümən olduğunu nəzərə alsaq, vilayətin payına düşən məbləğ 75 milyarddır. Eyni zamanda çirklənməyə görə tutulan vergilərdən də 1%-i, yəni təxminən 200 milyard tümən vilayətə qaytarılmalıdır.

Qeyd edək ki, irqçi fars rejim bütün qaydalara zidd olaraq müstəmləkəçi kimi Güney Azərbaycanın sərvətlərinin talayıb fars bölgələrinə daşıyır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Pezeşkian ümidləri doğruldacaqmı?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Azərbaycanın da qatıldığı xüsusi təyinatlılarının təlimi Türküstanda davam edir – Video

Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi davam edir. …

Bir cavab yazın