Çərşənbə , Oktyabr 14 2026
azfa

“Koroğlu” tamaşası yenidən Təbrizdə səhnəyə qoyulacaq

GADTB: Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış “Koroğlu” epik tamaşası bir neçə aylıq fasilədən sonra Təbrizdə səhnəyə qoyulacaq.

 “Koroğlu” tamaşasının rejissoru Sədiq Cəmalinin əsərin mətbuat konfransı çərçivəsində jurnalistlərlə görüşündə Azərbaycanının yerli rəvayət və qəhrəmanlarına daha çox diqqət yetirilməsinin vacibliyinə toxunaraq bildirib: “Niyə bizim kitab mağazalarımızda Koreya kitablarının sayı türk kitablarından daha çoxdur? Niyə koreyalıların hekayələri və qəhrəmanları yeniyetmələrimiz üçün daha cəlbedici hesab edilməlidir?”

Cəmalinin sözlərinə görə, tamaşada Azərbaycan rəqslərindən də istifadə olunur: “Bu tamaşada teatr əsərini daha gözəl edən və onun atmosferinə uyğun gələn hər bir vasitədən istifadə edilir. Əgər hansısa səhnə bunu tələb edərsə, həmin hissə rəqs və səhnə hərəkətləri istiqamətində qurulur.”

Əsərin rejissoru açıq havada nümayiş etdirilməsiə də toxunaraq bildirib: “Açıq hava bir tərəfdən cəlbedici ola bilər. Lakin ümid edirik ki, hava bizimlə əməkdaşlıq edəcək və çoxsaylı tamaşalar göstərə biləcəyik. Çünki açıq havada tamaşa nümayiş etdirməyin özünəməxsus sistem və məhdudiyyətləri var.”

Qed edək ki, Azərbaycan mədəniyyətində qədim və dərin köklərə malik rəvayətlərdən ilhamlanaraq hazırlanmış “Koroğlu” epik tamaşası avqustun 23-dən Təbrizdəki 29 Bəhmən Mədəniyyət və İncəsənət Kompleksinin arxasındakı açıq məkanda nümayiş etdiriləcək.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …