Şənbə , Aprel 20 2024
azfa

Koronavirus səbəbindən tarixi Kandivan kəndini ziyarət dayandırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusun rejimin Qumdan Güney Azərbaycana yayması səbəbindən Güney Azərbaycanın tarixi Kandivan kəndini ziyarət dayandırılıb.

Ancaq koronovirus səbəbindən bu il Üskü şəhərinin Kandivan kəndində yerləşən bu abidəni ziyarət etmək mümkün olmayacaq.

Qeyd edək ki, Kendivan kəndi Səhənd dağının yaşıl ətəyində, Üskünün 18 km cənubda və Təbrizin 62 km cənub-qərbində yerləşir. Yaşayış evi kimi istifadə edilən qaya və mağaralar bu bölgəni dünyanın ən heyrətamiz tarixi yerlərdən birinə çevirib.

Kənd Səhənd dağlarında vulkanik təsirlər nəticəsində yaradılan qaya memarlığı ilə məşhurdur. Vulkanik ərimiş kütlələr və lavalar min illər boyu külək, qar və yağış nəticəsində meydana gəlib. Hazırda bu qayaların içində insanlar yaşayır.

Bəziləri bunun yeddinci əsrə, bəziləri isə İslamdan əvvəlki dövrlərə aid olduğunu hesab edirlər. Deyilənə görə kəndin 6000 illik tarixi və qaya evlərinin isə 700 il yaşı var.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın