Şənbə , Fevral 8 2025
azfa

Koronavirus təhlükəsinə görə məzuniyyətə buraxılan Behnam Şeyxi Evin zindanına qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məzuniyyətə buraxılan Behnam Şeyxi Evin zindanına qaytarılıb.

Tehran şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxi Samanlı məzuniyyətinin bitməsinin ardından həbs cəzasının qalan hissəsini çəkmək üçün fevralın 25-də yenidən Evin zindanına geri qaytarılıb. Azərbaycanlı fəali 16 fevralda məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxi Əkbər Azad, Əlirza Fərşi, Həmid Mənafi, Tohid Əmir Əmini, Kiyanuş Aslani ilə birlikdə 2014-cü ilin fevral ayında Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Tehranın Nəsimşəhr bölgəsində həbs edilmişdilər.

Behnam Şeyxi 2016-cı ildə rejim tərəfindən şərlənərək, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqda iştirak etmək” ittihamı ilə 10 il həbs və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilib. Həmin cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Həmçinin yoxlayın

Türkiyə “Tayfun” qırıcılarla birgə “Meteor” raketləri də alacaq

GADTB: Türkiyəyə 40 ədəd dördüncü nəsil “Tayfun” qırıcısının tədarükü ilə birgə MBDA şirkətinə məxsus “Meteor” …

Azərbaycana qarşı İran və Rusiya tərəfindən təhdid olduğu bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın “Stratfor” kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri …