Şənbə , Avqust 29 2026
azfa

Amerika İranın Suriyadakı hərbi bazalarına hava zərbələri endirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib.

Bu barədə Amerikalı iki nümayəndəyə istinadən “Reuters” xəbər ajansı məlumat yayıb.

 “Reuters” bildirib ki, Amerika prezidenti Cozef Bayden hava zərbəsinin endirilməsini bəyənib. Öz növbəsində Pentaqon da faktı təsdiqləyib.

Amerikanın Müdafiə Nazirliyinin məlumatına görə, əsas məqsəd İran terrorçu qüvvələrinin məntəqələri olub. Hava zərbələri Amerikanın İraqdakı mövqelərinə edilən hücumlara cavab vermək məqsədilə gerçəkləşdirilib. Bununla da Amerika gələcək hücumların qarşısını almağa çalışır.

Pentaqon qeyd edir ki, hücumlar zamanı sərhəd keçidi yaxınlığında yerləşən və İranın dəstəklədiyi “Kətaeb Hizbullah”, “Kətaeb əl-Şuhəda” adlı iki qruplaşmanın istifadə etdiyi bir neçə bina məhv edilib.

Xatırladaq ki, İran hökuməti son aylarda Amerika İŞİD-ə Qarşı Beynəlxaq İttifaq qüvvələrinin İraqdakı bazalarına, habelə hərbi maşın karvanlarına hücumlar edir. Bundan başqa, rəsmi Tehran Amerikanı İraq və Əfqanıstandan qüvvələrini çıxarmağa məcbur etmək üçün Bağdadın “yaşıl bölgəsi”nə raket saldırıları təşkil edir.

Həmçinin yoxlayın

Əhəd Əlivənd 13 gündür qeyri-müəyyən vəziyyətdə Mərağa həbsxanasının karantin bölməsində saxlanılır

GADTB: Məlikkəndi sakini, Traxtur komandasının azarkeşi və sosial şəbəkə fəalı Əhəd Əlivənd həbsindən 13 gün …

İranda daxili repressiyalar və edam hökmlərinin çıxarılması artıb

GADTB: İran İnsan Hüquqları Kampaniyası sosial şəbəkənin «X» platformasında yaydığı paylaşımda bildirib ki, müharibənin başlanmasından …