Koronavirus təhlükəsinə rəğmən rejim azərbaycanlı fəal Cəfər Rüstəmiradı zindana saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusun zindanlarda tüğyan etməsinə baxmayaraq, azərbaycanlı fəal Cəfər Rüstəmirad məzuniyyət müddəti bitdikdən sonra yenidən zindana qaytarılıb.

Cəfər Rüstəmirad koronavirus təhlükəsi ilə bağlı iyulun 17-də Tehranın Evin zindanından məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, irqçi fars rejim Cəfər Rüstəmiradı 2018-ci ilin iyul ayında “Babək Qalası Qurultayı”nda iştirak etmə ehtimalı ilə rejimin təhlükəsizlik qüvvələri tərəfindən şərlənərək yaxalanmışdır. Rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsi fəalı 6 ay həbsə məhkum edib və Tehran Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi qərarı qüvvədə saxlayıb.

Fəal həmçinin 7 ay əlavə həbsə də məhkum edilib. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının yarışı zamanı stadionda yaxalanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …

Bir cavab yazın