Şənbə , İyun 13 2026
azfa

Koronavirusun Vuhanda yerləşən modern laboratoriyadan sızdığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeni koronavirus Çinin Vuhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıntı nəticəsində əmələ gəlib.

“The Sun” xəbər verir ki, Böyük Britaniya hökumətinin fikrincə, həm elmi rəylər, həm də təhlükəsizlik xidmətlərin bu barədə rəyləri kifayət qədər əsaslıdır.

Belə ki, ölkənin Baş naziri Boris Consonun rəhbərlik etdiyi “Cobra” fövqəladə komitəsinin bir nümayəndəsi kəşfiyyat xidmətinin brifinqindəki nitqi zamanı təhlükəsizlik xidmətlərinin artıq sızıntının mümkünlüyü qənaətinə gəldiklərini, virusun heyvanlardan törəməsinə dair əvvəlki versiyanın isə artıq müzakirə mövzusu olmadığını bildirib.

Donald Tramp da bildirib ki, əgər Çinin Vuhandan koronavirusu sızdırması faktı tam sübuta yetirilsə Çin bütün dəyən zərər və tələfata görə təzminat ödəməlidir və dağıdıcı sanksiyalarla qarşılaşacaq.

Digər tərəfdən isə Çinin koronavirus yayılandan sonra davranışları, dünyanı aldatması, Qərb şirkətlərini aldadıb modern texnologiyasını su qiymətinə ələ keçirməsi, saxta və virusa bulaşdırılmış kitlər və maskalar satması, 5G texnologiyasını Avropa ölkələrinə sırıma şərtləri koronavirusun Çinin bioloji silahı olduğu fərziyyəsini sübut edir.

Xatırladaq ki, Vuhanda yerləşən və Çindəki bu kimi müəssisələr arasında ən qabaqcılı hesab olunan Virusologiya İnstitutu koronavirus pandemiyasının başlanğıc ocağı hesab edilən heyvan bazarından 10 mil məsafəsində yerləşir. Həmin institutun əməkdaşları ilk olaraq koronavirusu yarasalarla əlaqələndiriblər.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın