Cümə axşamı , Aprel 25 2024
azfa

Krım Platforması Zirvə Toplantısı və nəticələri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2021-ci ilin 23 avqust tarixində Krımın qurtarılmasına istiqamətli beynəlxalq səyləri birləşdirmək məqsədiylə Ukrayna Respublikası tərəfindən yaradılan Krım Platforması Zirvə Toplantısı təşkil olundu. Tədbirdə 46 ölkə, Avropa İttifaqı və NATO nümayəndələri iştirak etdi. Parkovı Konqres və Sərgi Mərkəzində təşkil edilən toplantı iki hissədən ibarət idi. Birinci hissədə xarici heyətlərin sədrləri çıxış etdi, ikinci hissədə isə müzakirə panelləri oldu.

Ukraynanın baş naziri Denis Şmıqal Krım Platformasının açılışında etdiyi çıxışında Krımın Rusiya tərəfindən işğalı ilə ölkəyə dəyən maddi zərərin 100 milyard dollardan artıq olduğunu diqqətə çatdırdı. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da tədbirdə çıxış edərək Krımın Rusiya tərəfindən işğalıyla əlaqədar “Beynəlxalq cəmiyyət bu beynəlxalq hüquq pozuntusuna qarşı tək bir səs olmalıdır” deyə çağırış etdi.

Krım Platforması Zirvə Toplantısında iştirak edən 46 ölkə tərəfindən ortaq Krım Platforması Bəyannaməsi qəbul olundu. Sənəddə tədbirə qatılan ölkələrin Ukraynanın torpaq bütövlüyünə verdikləri dəstək təsdiq edilərək yazılıb: “Beynəlxalq Krım Platforması Zirvə Toplantısı iştirakçıları bütün dövlətlərin torpaq bütövlüyünü, birliyini və suverenliyini qoruyan beynəlxalq hüquqi nizama qarşı təhdidedici nəticələrə gətirib-çıxaran və beynəlxalq təhlükəsizliyə birbaşa meydan oxuyan Krımın qeyri-qanuni ilhaqını tanımır və qınamağa davam edirlər”.

Bundan başqa, bəyannamədə Krımdakı insan haqları pozuntuları, yarımadanın hərbiləşdirilməsi, Qaradəniz bölgəsindəki müşahidə azadlığının məhdudlaşdırması və Rusiyanın Krım yarımadasının demoqrafik quruluşunu dəyişdirmə cəhdləri qınanılıb.

Ukraynanın müstəqillik günü olan 24 avqust tarixində ölkə başçısı Vladımır Zelenskınin iştirakıyla Krım Platforması Mərkəzi Ofisinin rəsmi açılışı edildi. Bundan əvvəl isə “İnter” televiziyasına müsahibəsində prezident Krım Platforması nümayəndəliklərinin bir sıra ölkədə fəaliyyət göstərəcəyini bildirmişdi.

Avqust 27-də Ukraynanın paytaxtı Kiyevdəki Troyeşçina parkında “Bizim Krım” meydanı açıldı. Tədbirdə Kiyev bələdiyyə sədri Vitali Kliçko, Mustafa Əbdülcəmil Kırımoğlu və Refat Çubarov iştirak etdi. 

Proseslərdən göründüyü kimi, Ukrayna Krımın geri alınması üçün səylərini əsirgəmir. Dünyanın 46 ölkəsi də bu problemə biganə qalmayacaqlarını və Ukraynanın yanında olduqlarını Krım Platforması Zirvə Toplantısında iştirakla göstərdi.

Ukraynada fəaliyyət göstərən Regional İnsan Haqları Mərkəzinin mütəxəssisi Roman Martınovski Rusiya hökumətinin Krımdakı demoqrafik vəziyyəti dəyişdirmək üçün təqribən 30 təsir vasitəsindən istifadə etdiyini, təxminən 4700 adamın yarımadadan zorla çıxarıldığını, bunların da üçdə birinin Ukrayna vətəndaşı olduğunu bildirdi. Bəzi təsbitlərə görə, son 7 ildə Krımı ən az 50 min adam tərk etmək məcburiyyətində qalıb.

Bəli, Krım tatar türklərinin də qədim dədə-baba yurdudur. Rusiya çarlığı dövründən bu günə qədər tatarlara, ukraynalılara qarşı tətbiq olunan siyasətlər onların öz torpaqlarında azlıq vəziyyətinə düşmələrinə səbəb olub. Onlar əvvəl-axır öz ata-baba yurdlarına qayıdacaqlar!

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …