Bazar ertəsi , Fevral 3 2025
azfa

Krımın tatar türkü Ukrayna xarici işlər nazirinin birinci müavini təyin edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Krımın tatar türklərindən Əminə Caparova Ukrayna Xarici İşlər nazirinin birinci müavini təyin edilib.

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba “Facebook”da bu barədə yazıb:

 “Komanda güclü bir oyunçu ilə tamamlandı. Əminə Caparova xalq diplomatiyası, beynəlxalq təşkilatlar, dövlət protokolu, Krım məsələləri ilə məşğul olacaq. Ancaq birinci müavin olaraq əlbəttə ki, onun vəzifələri daha çox olacaq”.

Nazir vurğulayıb ki, Ə. Caparova Ukraynanın xarici siyasətində Krım tatarlarının əsas təmsilçisi olacaq.

Qeyd edək ki, Krım tatarı Ə. Caparova ukraynalı fəal və jurnalistdir. O, 2015-2019-cu illərdə İnformasiya Siyasəti Nazirliyində, habelə 2011–2015-ci illərdə Krım Tatar televiziya kanalı olan “ATR”-də və “Azadlıq” radiosunda çalışıb.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və Mahmudəli bəy Çehrəqanlı və İsa bəy Qəmbərin “TBA TV“də “Güney Azərbaycan müstəqilliyinin zərurəti və onu tanıyacaq ölkələr.” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Azərbaycan Pakistana 2 milyard dollarlıq sərmayə qoyur

GADTB: Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq. Bu barədə Pakistanın “Dawn” nəşri məlumat yayıb. …

Bir cavab yazın