Çərşənbə , Oktyabr 28 2026
azfa

Krımın tatar türkü Ukrayna xarici işlər nazirinin birinci müavini təyin edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Krımın tatar türklərindən Əminə Caparova Ukrayna Xarici İşlər nazirinin birinci müavini təyin edilib.

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba “Facebook”da bu barədə yazıb:

 “Komanda güclü bir oyunçu ilə tamamlandı. Əminə Caparova xalq diplomatiyası, beynəlxalq təşkilatlar, dövlət protokolu, Krım məsələləri ilə məşğul olacaq. Ancaq birinci müavin olaraq əlbəttə ki, onun vəzifələri daha çox olacaq”.

Nazir vurğulayıb ki, Ə. Caparova Ukraynanın xarici siyasətində Krım tatarlarının əsas təmsilçisi olacaq.

Qeyd edək ki, Krım tatarı Ə. Caparova ukraynalı fəal və jurnalistdir. O, 2015-2019-cu illərdə İnformasiya Siyasəti Nazirliyində, habelə 2011–2015-ci illərdə Krım Tatar televiziya kanalı olan “ATR”-də və “Azadlıq” radiosunda çalışıb.

Həmçinin yoxlayın

Qrossidən BMT-də İranın dünyaya yaratdığı nüvə təhlükəsi barədə ciddi xəbərdarlıq: Silah səviyyəsinə yaxın zənginləşdirilmiş 440 kiloqram uranın taleyi hələ də məlum deyil

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi 2026-cı il aban ayının 5-də, …

Məkkə Sazişi Türkiyə Böyük Millət Məclisindən keçib

GADTB: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Müdafiə İttifaqı ilk qanunvericilik mərhələsindən – …

Bir cavab yazın