Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Kürd terrorçuları Azərbaycanın qərb hissəsini dünya ictimaiyyətinə kürd ərazisi kimi təqdim edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qərb və müstəmləkəçi dövlətlərin himayə etdiyi kürd terror təşkilatları, o cümlədən terror təşkilatı olan Kürdüstan Demokrat Partiyası və ona yaxın KİV Azərbaycanın qərbinin saxta və qərəzli hazırlanmış xəritəsini yaymaqla, mühacir və terrorçu kürdlərin Azərbaycan üçün fitnəkarlığını bir daha ifşa etmişdir.

Kimsəyə sirr deyil ki, Qərbi Azərbaycan vilayəti və hətta süni şəkildə yaradılan Kürdüstan vilayəti əzəli Azərbaycan ərazisidir. Hazırda Qərbi Azərbaycan vilayətinin əhalisinin təxminən 90 faizi türklərdən ibarət olsa da, kürd terrorçular Qərbi Azərbaycan vilayətinin əhalisinin əksərini kürd kimi təqdim edirlər. Halbuki, hətta oradakı kürdlər də son illərdə İraqdan qaçqın kimi köçüblər.

Terrorçu kürdlərin son xəritə fitnəkarlığı onu göstərir ki, İran rejiminin dağılmağa doğru getdiyi bir vaxtda onlar Azərbaycanın qərb hissəsində Azərbaycan türklərini soyqırıma məruz qoymaqla Azərbaycan ərazisini qəsb edib Kürdüstan yaratmağa zəmin hazırlayırlar.

Qeyd edək ki, iki həftə öncə İranın kürd terror təşkilatlarının əməkdaşlığı və ABŞ-la Fransanın diplomatlarının iştirakı ilə İran və Kürdüstanın federal sistemdə gələcəyi barədə iclas keçiriblər.

Son günlər isə həmin kürd terror təşkilatının icraçı sədri Mustafa Hicri Avropaya səfər edərək, federalizm barədə müzakirələrə qoşulub.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …