Cümə , Oktyabr 23 2026
azfa

Kürdlər Güney Azərbaycanın şəfalı dağ bitkilərini talayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Mahabad (Soyuq bulaq) və Bukan (Bəykəndi) məntəqəsində yaşayan mühacir kürdlər yaz fəsili başlayandan Güney Azərbaycanın Qoşaçay şəhərinə yaxın dağlarda insan sağlamlığı üçün şəfalı olan dağ bitkilərini toplayaraq, kürd bölgələrinə daşımaqdadırlar.

Xüsusilə Qoşaçayın Barıq şəhərinin yüksəkliklərinə hücum edən kürdlər əllərinə keçən bütün şəfalı bitkiləri talayır, bölgə əhalisi “kəngər” adlandırdığı nadir bitkilərin isə artıq kökü kəsilməkdədir.

Qoşaçay əhalisinin bildirdiyinə görə, yaranan vəziyyətlə bağlı Təbii Qaynaqlar və Ətraf Mühit İdarələrinə dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülməyib. Halbuki, yerli əhali üçün rejim tərəfindən həmin dağlardan bitkilərin dərilməsinə və mal-qaranın otarılmasına məhdudiyyət qoyublar. Lakin mühacir kürdlərə rejim Azərbaycanın şəfalı bitki örtüyünü məhv etməyə mane olmur.

Həmçinin yoxlayın

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …

Təbrizdə 70 günlük mübarizədən sonra azərbaycanlı körpəyə Sayqı adına doğum şəhadətnaməsi verilib

GADTB: Təbrizdən olan azərbaycanlı ailə 70 gün davam edən müraciət və mübarizədən sonra qız övladına …

Bir cavab yazın