GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürtdlər İraqda Türkməneli ərazisinin baş kəndi Kərkükü ələ keçirmək məqsədilə başqa şəhərlərdən sürü şəklində Kərkükə axışdılar.
İraq hökuməti ölkədə əhalinin siyahıyaalınmasını apardığı bir vaxtda Ərbil və Süleymaniyyədən minlərlə kürd bu tarixi türkman şəhərində siyahıyaalmanın nəticələrinə təsir etmək üçün mütəşəkkil şəkildə Kərkükə axışır.
Yerli mənbələrin məlumatına görə, bu siyahıyaalmanın nəticələrinə təsir etmək və Kərkükdə kürd əhalisinin çoxluq olduğunu göstərmək məqsədi ilə edilir.
Bu pozuntular Kərkükdə yaşayan türkmanlər və ərəblərin kəskin reaksiyasına səbəb olub və ərəb mediası da bu məsələyə münasibət bildirərək Kərkükün demoqrafik tərkibinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib.