
GADTB: Mart ayında həbs edilən azərbaycanlı türk fəal Kərim İsmailzadə həbsxananın 5-ci palatasına köçürülüb və hər növ əlaqə saxlama vasitəsindən məhrum edilib.
Bir müddət öncə iş yerində ETTELAAT qüvvələri tərəfindən həbs edilən azərbaycanlı türk fəal Kərim İsmailzadə Təbriz zindanının 5-ci palatasına köçürülüb.
Həbs edildikdən sonra naməlum yerə köçürülən həmin azərbaycanlı fəal indi telefon danışığı hüququndan da məhrum olduğu vəziyyətdə bu həbsxananın 5-ci palatasına köçürülüb. Hələlik onun səhhətinin vəziyyəti və həbsinin səbəbləri ilə bağlı heç bir məlumat verilməyib, təhlükəsizlik və məhkəmə qurumları məsələyə səssiz qalıb.
İsmayilzadənin ailəsi və yaxınları onun vəziyyətindən narahat olduqlarını bildiriblər və vəziyyətinin aydınlaşdırılmasını istəyiblər.