Şənbə , Sentyabr 19 2026
azfa

“Laçın” qırıcısı Azərbaycana təhvil verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Laçın” adının verildiyi, modernləşdirilmiş “SU-25 ML” markalı qırıcı təyyarəsi Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Bu barədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətindən məlumat verilib.

Bildirilib ki, sözügedən qırıcı analoqlarından bir sıra cəhətlərinə görə fərqlənir. Onlardan biri həmin təyyarənin idarə olunabilən “Teber” aviasiya bombaları və raketlər, eləcə də qanadlı raketləri idarə etməyə imkan verən avadanlıqlarla təchiz olunmasıdır. Həmin silahlar da məhz Türkiyədə istehsal edilib.

Bununla yanaşı, təyyarənin komplektasiyasına raketləri lazer vasitəsilə istiqamətləndirə bilən KGK tipli avadanlıqlar da daxil edilib. Təyyarələrdə qanadların açılması hesabına uçuş məsafəsinin artırılması, kəskin hava şəraitində müşahidə qabiliyyətinin yüksəldilməsi, eləcə də ANS/KKS proqram təminatı da quraşdırılıb.

Xatırladaq ki, “Laçın” təyyarələrində nəzərdə tutulan “KGK” avadanlığının əsas üstünlüyü raketin buraxıldığı yerdən 110 kilometrlik məsafədəki hədəfi məhv edə bilməsi üçün doğru istiqamətləndirmək, eləcə də 37 kilometrdən də artıq yüksəklikdən atılan raketi belə dəqiq tuşlamaq qabiliyyətidir.

Həmçinin yoxlayın

Təbrizdə SEPAH-ın Kəşfiyyat İdarəsinin müdaxiləsindən sonra döyülən yeniyetmənin ailəsi çağırılıb

GADTB: Təbrizdə bir yeniyetməyə qarşı polis əməkdaşlarının zorakı və təhqiramiz davranışını əks etdirən videonun geniş …

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …