Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalları mühakimə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəalları mühakimə edib. Mayın 20-də Tehranın Evin zindanında həbsdə saxlanılan və ya girov qarşılığında müvəqqəti sərbəst buraxılan 9 azərbaycanlı milli fəalın məhkəməsi olub.

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsində fəalların məhkəməsi Əbülqasım Salavatinin sədrliyi ilə keçirilib.

Məhkəmədə Mürtəza Pərvin, Tahir Nəqəvi, Ayda Sədiqi, Fatimə Atəşi, Süheyla Əsgəri, Səid Camalzadə, Bağır Hacızadə, Kamal Nuri və Abdullah Vahidinin məhkəmə işinə baxılıb.

Azərbaycanlı fəallara qarşı “Ölkənin milli təhlükəsizliyinə zərbə vurma qüçün əlbir olmaq”, “rəhbəri təhqor etmək” və “casusluq”da günahlandırılıblar.

Fəalların barəsində çıxarılan qərarın yaxın vaxtlarda elan ediləcəyi bildirilib.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər. Onların çoxu hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …