Cümə axşamı , Aprel 18 2024
azfa

Laçına köçüb yaşayan ermənilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Laçın rayonunda əsla erməni qalmadığı barədə iddialar var. Əfsuslar olsun ki, belə deyil.

Bu sözləri araşdırmaçı jurnalist Elçin Aloğlu qeyd edib.

O bildirib ki, Laçındakı Zabux çayının sahilində, ermənilərin indi “Aqavno” adlandırdıqları Zabux kəndində 284 erməni yaşayır. Onların əksəriyyəti nə Azərbaycan, nə də Ermənistan vətəndaşıdır:

“Bu ermənilər Rusiya, Suriya, İraq və Livandan köçürülərək Laçına gətirilən, Qarabağda demoqrafik situasiyanı süni olaraq dəyişmək məqsədilə İrəvanın onillər boyu həyata keçirdiyi “miqrasiya” prosesində gəlmiş şəxslərdir.

Əvvəllər adı “Xut Zabux” olmuş bu kəndin yaxınlığında qədimlərdə “Sus Zabux” adlı kənd də vardı. Oykonim, yəni adın kürd dilindəki “zaboq” sözündən olduğu iddia olunur. Sonralar qonşuluqdakı Baharlı və Şadmanlı kəndlərinə də “Zabux” adı verilmişdi.

Torpaqlarımız erməni işğalında olan dönəmdə Zabuxda PKK terror qruplaşmasının mənsublarından olan Zeylan Öcalanın başçılıq etdiyi “Kürd Konqresi” terror qruplaşması məskən salmışdı. Ermənilərin “Aqavno” adlandırdıqları Zabuxla bahəm, Aşağı Sus kəndində də haylar yaşayır.

Amma Zabuxdan fərqli olaraq, Aşağı Susu ermənilər demək olar ki, tam tərk ediblər. Kənddə cəmi 3 erməni ailəsi qalıb ki, onların da ikisi avqustun sonunadək Ermənistana, oradan da Rusiyanın Krasnodar diyarına yollanmaq niyyətindədir.

İrəvan hakimiyyəti və Xankəndidəki terrorçu rejim Laçın şəhəri ilə bahəm, Zabux və Aşağı Sus kəndlərinə Hadrut, Füzuli, Xocavənd, Şuşa və Kəlbəcəri tərk etmiş erməni ailələrini məskunlaşdırmaq niyyətindədirlər.

Zabuxun “kənd icmasının rəhbəri” Andranik Çavuşyan belə deyib”.

E.Alıoğlu bildirib ki, Laçın şəhərinin özünə gəldikdə, orada cəmi 82 erməni qalıb:

“Ermənilər Laçını bütünlüklə tərk etmək niyyətindədir. Şəhərdə erməni avtomobil kolonlarının hərəkətində də səngimə müşahidə olunur.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti də Laçında hər hansı uzunmüddətli mövcudluq obyekti, yəni kazarma, möhkəmləndirilmiş post və s. inşa etməyiblər.

Rusiyalı sülhməramlılar qeyri-rəsmi olaraq, adlarının çəkilməməsi şərti ilə dedilər ki, ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərmiş müddət, yəni bundan sonra qalan 4,5 il başa çatan kimi Qarabağı tərk edəcəklərinə şübhə etmirlər.

Sülhməramlılar arasında özləri demişkən, “çamadan əhvalı”, yəni müvəqqətilik hökm sürür.

Kəlbəcərdə məskunlaşmağa başlayan azərbaycanlı fermerlərin təsərrüfatlarından bu yaxınlarda Laçında da olacaq.

İşğaldan azad edilmiş Laçında bərpa, rekonstruksiya və təmir işlərinə başlanıb.

Yeni yollar çəkilir, işlər görülür”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Rus sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edilib

GADTB: 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş …