Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Əkbər Azadı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı yazıçı və ziyalı Əkbər Azad avqustun 9-da Baharistanın Dövlət və İnqilab Məhkəməsinə getdikdən sonra məhkəmə məmurları tərəfindən yaxalanıb.

Fəalın yaxınlarının verdiyi məlumata görə, Əkbər Azad zəmanət vəsiqəsini dəyişdirmək üçün Dövlət və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə getmişdi. Məhkəmə məsulları onun zəmanət vəsiqəsinin dəyişdirilməsi ilə  razılaşmayıb və onu həbs ediblər.

Fəalın harada saxlanılması ilə bağlı məlumat olmasa da, yaxınları Əkbər Azadın bundan öncə ittiham olunduğu 2 il həbs və 2 il sürgün cəzasını çəkməklə bağlı yaxalandığını ehtimal edirlər.

Əkbər Azad müxtəlif xəstəliklərdən, o cümlədən dəri xərçəngindən əziyyət çəkir və davamlı müalicəyə ehtiyacı var. Onun yaxınları zindan şərayitində onun sağllıq durumunun pisləşəcəyindən narahat olduqlarını deyirlər.

Qeyd edək ki, Əkbər Azad 2014-cü ildə isə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Vəhidə Kərimi: Şəxsi telefonum və “Instagram” hesabım hələ də təhlükəsizlik qüvvələrinin əlindədir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəinin həyat yoldaşı Vəhidə Kərimi özünün “Instagram” səhifəsində paylaşım edərək bildirib …

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …