GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litva parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı elan edib.
Bu barədə beynəlxalq media məlumat yayıb.
Litva parlamentinin 60 üzvü Sepah-ın terror təşkilatı elan edilməsinə səs verib.
“Sepah terror təşkilatıdır və onun fəaliyyəti beynəlxalq sülh və sabitliyə təhlükədir”, – parlamentdən bildirilib.