GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa Prezidenti Emmanuel Makron deyib ki, İranla savaşın qarşısını almaq üçün ABŞ Prezidenti Donald Trampla danışacağam.
“Hərbi gərginliyin qarşısını almaq üçün hər şeyi edəcəyəm. Cümə günü G20 sammitində Trampla görüşəcəyəm”, – deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, İranın Oman körfəzində ABŞ-a aid pilotsuz uçuş aparatını (PUA) vurmasından sonra regionda vəziyyət daha da gərginləşib.