GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Marağa şəhərində yerləşən və Hacı Məhəmməd Bağır körpüsü kimi də tanınan tarixi və köhnə Xanəgah körpüsü bu günlərdə tam dağılmaq üzrədir.
Molla rejimin müstəmləkəçi siyasətini icra edən Şərqi Azərbaycan əyalətinə təyin edilən səlahiyyətli qurumlar körpünün dağılmasının qarşısını almaq üçün heç bir tədbir görmür.
Əvvəllər bu körpü Marağa şəhərini Məlikkəndi (Məlikan), Qoşaçay (Miyandoab) və Sayınqala (Şahindej) şəhərlərinə birləşdirirdi. İndi isə ətraf kəndlər arasında körpü kimi istifadə olunur.
Qeyd edək ki, irqçi fars-molla rejimin müstəmləkəçi siyasəti nəticəsində bütün sahələrdə Güney Azərbaycanda ayrıseçkilik gözə çarpır və xüsusilə Azərbaycanın tarixi abidələri dağıdılır.