GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta cənab İlham Əliyevin Azərbaycanın Zəfər seçkisində qələbəsi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Məktubu olduğu kimi təqdim edirik:
Azərbaycanın Zəfər seçkisində cənab İlham Əliyevi qələbə münasibətilə təbrik edirik
Avstraliya Azərbaycan Assosiasiyası və Avstraliyada yaşayan azərbaycanlılar adından Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində cənab İlham Əliyevi qazandığı qələbə münasibətilə təbrik edirəm.
İnanıram ki, 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkiləri 55 milyon azərbaycanlı üçün uğurlu və xeyirli olacaq.
Cənab İlham Əliyev öz prezidentliyi dövründə böyük nailiyyətlərə imza atmış, 30 il işğalda olan Azərbaycan ərazilərini azad edərək, Qarabağın fatehi kimi tarixə düşmüşdür. Sırf Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərqərar etdi. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf edərək tarixinin iqtisadi və hərbi cəhətdən ən güclü dövrünü yaşadı.
Cənab İlham Əliyev yeritdiyi xarici və daxili siyasətlə dünyaya Türkiyə ilə “Bir millət, iki dövlət” şüarı altında güclü birlik və həmrəylik meydana qoydu.
Bütün bu nailiyyətlərdən sonra Azərbaycanın Prezidenti milli iqtisadiyyatın daha da inkişaf etdirilməsinə diqqət yetirərək, Azərbaycanın dünyada daha güclü dövlətə çevirəcəyi şübhəsizdir.
Sözsüz ki, bu və digər nailiyyətlərin davamında cənab İlham Əliyevin prezidentliyinin quzeyli-güneyli 55 miolyon azərbaycanlı üçün böyük uğurlar gətirəcəyinə inanırıq.
Keçirilən son Zəfər seçkisində cənab İlahm Əliyevin qələbəsini təbrik edib və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycana yeni-yeni nailiyyətlər arzu edirik.
Dərin hörmətlə,
Mikayıl Oyta
Avstraliya Azərbaycan Assosiasiyası prezidenti