Bazar ertəsi , Fevral 9 2026
azfa

Minlərlə insanın qatili Mahmud Haşemi Şahrudi Almaniyadan qaçıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkənin Məhkəmə Sisteminin keçmiş rəisi Mahmud Haşemi Şahrudi Almaniyanı tərk edib.

Məlunmata görə, Şahrudi Almaniyanı ona qarşı federal prokurorluq tərəfindən ittiham aktı irəli sürüldükdən sonra tərk etdiyini bildirib. Şahrudinin ölkədən “İran Eyr” aviaşirkətinin təyyarəsi ilə qaçdığı vurğulanıb.

Qeyd edək ki, Şahrudi Hannover şəhərinə dekabrın 21-də beynindəki şişin müalicəsi üçün gəlib.

O, Xameneinin də əsas varislərindən biri sayılır. 1999-2009-cu illərdə 2000 nəfərin edam etdirilməsində günahkar bilinir. Onun edam etdirdiyi şəxslər arasında yeniyetmələrin də olduğu iddia edilir.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın