Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi əhalinin etirazına baxmayaraq Təbrizdə tarixi zavodu dağıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fasrs-molla rejimin aidiyyəti orqanları əhalinin etirazına baxmayaraq Təbrizdə tarixi zavodu dağıdıb.

Təbrizin tarixi abidələrindən sayılan və şəhərin simvollarından birinə çevrilən məşhur “Təvəkküli” kibrit zaodu dağıdılıb.

Tarixi zavodun sökülməsi üçün bölgəyə çox sayda texnika və işçi cəlb olunub.

Təbriz əhalisinin etirazlarına və aidiyyəti dövlət qurumlarına müraciətlərinə baxmayaraq söküntü davam edib.

Bundan əvvəl təbrizlilər və mədəniyyət xadimləri “Təvəkküli” kibrit zavodunun sənaye muzeyinə çevrilməsi ilə bağlı müraciətlər etmişdilər.

Rejimin Şərqi Azərbaycan əyalətindəki Mədəni İrs Təşkilatı və başqa dövlət qurumları müraciətləri cavabsız qoyub.

Qeyd edək ki, adı çəkilən zavod 1918-ci ildə təbrizli iş adamı Tağı Təvəkküli tərəfindən inşa edilib və bu İranda ilk kibrit zavodu sayılırdı.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …