Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Molla rejimi Ərdəbil əsnaf və mağazaları üçün türk adlarını qadağan edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Ərdəbildə İctimai Məkanlar İdarəsi türk və yerli adların seçilməsi ilə bağlı əsnaf və mağazalar üçün yeni qaydalar müəyyən edib.

Molla rejimin tətbiq etdiyi qanuna görə mağaza və dükanlara qoyulan adlar ancaq farsca olmalıdır.

Bu təlimata əsasən, əgər bir iş yeri üçün türkcə ad seçmişsə, Ərdəbil vilayətinin ictimai yerləri tərəfindən sahibkarlıq lisenziyasının verilməməsi ilə üzləşəcək.

Uşaqlara türk adlarının seçilməsinə razılıq verməmək, Azərbaycanın müxtəlif bölgə və şəhərləri üçün mağazalar, özəl şirkətlər və istehsallar üçün türk və yerli adların seçilməsinə razılıq verməmək siyasəti molla rejimi tərəfindən illərdir geniş şəkildə tətbiq edilir.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …