Bazar , Dekabr 29 2024
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Vədud Ənsarini ETTELAAT idarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Vədud Ənsarini ETTELAAT idarəsinə çağırıb.

Ərdəbildə İranın ETTELAAT İdarəsindən azərbaycanlı milli fəal Vədud Ənsariyə zəng edərək, ondan idarəyə getməsi istənilib.

Azərbaycanlı fəal çağırış üçün rəsmi məktub göndərilmədiyini, məhkəmə qərarı olmadığı üçün bunun qanunsuz olduğunu bildirərək təhlükəsizlik idarəsinə getməkdən imtina edib.

Qeyd edək ki, Vədud Ənsarini bundan öncə oktyabrın 24-də Ərdəbil şəhərində rejimin ETTELAAT İdarəsinə çağırılıb və bir neçə saatlığına dindirilib, təhdid edildikdən sonra buraxılmışdı. Rejimin məmurları xüsusilə fəalı həbsdə olan azərbaycanlı milli fəalların sərbəst buraxılması üçün girov təmin etmək işində yardımcı olmasına görə ona hədə qorxu gəlmişdilər.

Həmçinin yoxlayın

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qaşqay türklərinə dəstək şüarı yazılmış vərəqələr paylanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları eyni vaxtda Təbriz, Tehran, Urmu, Ərdəbil, Zənqan, Kərəc, Qəzvin, Ərak …

Molla rejimi hicab bəhanəsi ilə güllələdiyi Arzu Bədri iflic edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsid …