Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi 3 mübahisəli ada ilə bağlı BƏƏ-yə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Küveyt və BƏƏ-nin üç mübahisəli ada və mübahisəli neft yatağı ilə bağlı bəyanatını rədd edərək, onu ərazi bütövlüyünə müdaxilə kimi xarakterizə edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adası İran torpağının ayrılmaz və əbədi hissəsidir, digər görüşlərin heç bir siyasi və hüquqi dəyəri yoxdur. İran öz ərazi bütövlüyü ilə bağlı danışıqlar aparmayacaq”, – o bildirib.

Qeyd edək ki, BƏƏ Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarını özününkü sayır və İranın bu adalara və qaz yatağına iddiasını rədd edir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …