Cümə axşamı , May 9 2024
azfa

ABŞ İrandan 60 faiz qatılqıda uranı zənginləşdiməyi dayandırmağı tələb edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Atom Enerjisi üzrə Agentliyin Direktorlar Şurasına İran barədə martın 6-da bəyanat ünvanlayıb.

Ağ Ev İranın qaydalara sığmayan nüvə fəaliyyətləri barədə rahatsız olduğunu bildirməklə Tehrandan yüksək qatılıqda uran zənginləşdirmsinə son qoymasını tələb edib. 

Qeyd edək ki, Agentlik İranın nüvə fəaliyyətləri barədə ötən həftə öz üzvlərinə məxfi hesabat ünvanlayıb.

Belə ki, yüksək qatılıqda olan uranın İran tərəfindən durulaşdırılması ilə 60 faiz qatılqıda olan uranın müəyyən qədər azaldığını bildirmişdir.

Vaşinqton bu barədə mövqe bildirib. “İran 60 faiz qatılıqda uranın yalnız müəyyən qədərinin deyil hamsını durulaşdırmaq üçün işlər görməlidir” ABŞ öz bəyanatında vurğulayıb.

Məlumata əsasən Agentliyin baş katibi Rafael Qrossi qeyd edib ki, İran Vəramin və Turquzabad təsisatlarında insan mənşəli uran zərrəciklərinin olduğu barədə  hal hazıradək texniki baxımdan etibarlı ola bilən izahat təqdim etməyib.

Həmçinin yoxlayın

Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İranda məcburi hicab qaydalarının tətbiqi …

Ermənistan İranla münasibətləri üçün yeni magistral yol çəkir

GADTB: “Tasnim News” Ermənistanın “Massis Post” qəzetinə istinadən xəbər verir ki, Ermənistan hökuməti İran sərhədinə …