
GADTB: İrqçi fars-molla rejimi ABŞ-ın qorxusundan Yəməndən qoşunlarını çıxarır.
“The Telegraph” yazır ki, adı açıqlanmayan yüksək rütbəli İran rəsmisi ABŞ-nin husilərə qarşı hava hücumlarını artırmasına baxmayaraq, Tehranın hərbi qüvvələrini Yəməndən çıxarılmasına göstəriş verdiyini bildirib.
Rəsminin sözlərinə görə, bu qərarın məqsədi İran qüvvələrinin mümkün ölümü halında ABŞ ilə birbaşa münaqişənin qarşısını almaqdır.
“İran proksi qüvvələrinə dəstək strategiyasını azaldıb və diqqətini ABŞ-nin birbaşa təhdidlərinə qarşı yönəldir. Tehranın əsas narahatlığı Tramp və onunla necə davranacağıdır. İran hesab edir ki, husilər daha fəaliyyətlərini davam etdirə bilməyəcəklər və son aylarını, hətta son günlərini yaşayırlar”, – deyə, vurğulanıb.