Bazar , Oktyabr 18 2026
azfa

ABŞ Konqresinə İranda əhaliyə maksimum dəstək üçün plan təklif edilib

GADTB: Dünən ABŞ Nümayəndələr Palatasının respublikaçı və demokrat üzvləri – Co Vilson və Cimmi Panetta İranda əhalini dəstəkləmək üçün ABŞ Konqresinə qanun layihəsi təqdim ediblər. Qanun layihəsində Amerika hökumətindən İran əleyhdarlarına maksimum dəstək verilməsi üçün effektik siyasət qəbul edilməsi istənilib.

Məlumata görə, Co Vilson planı Konqresə təqdim etdikdən sonra deyib: “İran düşündüyündən daha tez süqut edəcək. Əsəd rejiminin devrilməsi 12 gün ərzində baş verdiyi üçün bu hökumətlər çox zəifdir”.

Cimmi Panetta isə öz növbəsində bildirib: “İran hökuməti senzura və repressiyalar ilə öz xalqına zülm etməyə davam edir. Biz İran xalqının yanında olmalıyıq”.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …