GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları aldadılmış əhaliyə atəş açaraq onların bir neçəsini öldürüb və yaralayıb.
Güney Azərbaycanın Takestan şəhər başçısının müavini Zəbihullah Baqiri dünən “Almas Xodro” şirkətinin aldadılmış səhmdarlarının etirazı zamanı atışma baş verdiyini deyib.
Məlumata görə, etirazçılar şirkət rəsmisinin evinin önündə toplaşıblar. Şirkətin məsul şəxsi isə onlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Takestan qubernatoru Camaləddin Hüseyni ölən və yaralananların sayını təsdiqləyib və deyib: Yaralılar arasında polislər, hüquq-mühafizə orqanlarının əməkdaşları və yoldan keçənlər də var. Hücum edən şəxs cinayət işi açıldıqdan sonra tutularaq ədliyyə orqanlarına təhvil verilib.
Qeyd edək ki, bundan öncə də aldadılmış şəxslər dəfələrlə etiraz aksiyası keçiriblər.