Cümə , Yanvar 3 2025
azfa

Molla rejimi Azərbaycan musiqisinə görə Güney Azərbaycanda restoranı bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xosrovşah şəhərində fəaliyyət göstərən restoran Azərbaycan musiqisi səsləndirildiyinə və məcburi hicab qaydalarını pozduğuna görə molla rejimi tərəfindən bağlanıb.

Təbrizdə polis rəisi Yədulla Cahanara restoranda baş verənləri əxlaq və ictimai normaların pozuntusu kimi qələmə verib və bu səbəbdən iş yerinin fəaliyyətinə qadağa qoyulduğunu söyləyib.

Qeyd edək ki, molla rejimi cari ildə oxşar ittihamlara görə İran adlanan yerdə 3 minə yaxın obyektin fəaliyyətini qadağan edib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …