Şənbə , İyul 27 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəal Rza Nadirpuru zindanda qeyri-müəyyən vəziyyətdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimin azərbaycanlı milli fəal Rza Nadirpuru zindanda qeyri-müəyyən vəziyyətdə saxlayır.

Oktyabrın 26-da Təbrizdə dinc etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilən Rza Nadirpur tələb olunan girovu təqdim edə bilmədiyi üçün qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Molla rejiminin məhkəməsi azərbaycanlı fəalın müvəqqəti olaraq məhkəməyə qədər zaminə braxılması üçün 1 milyard tümən dəyərində girov tələb edib.

Güney Azərbaycanın Sərəskənd (Həştrud) bölgəsindən olan fəalın tələb olunan girovu qoymaq imkanı olmayıb, məhkəmə isə alternativ çıxış yoluna icazə verməyib.

Molla rejimin yaxaladığı azərbaycanlı fəal Rza Nadirpuru “İctimai asayişi pozmaq”da ittiham edib.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …